Kateqoriya

Gündəm
“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışacağıq. Epizodumuz ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi” kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirlərini səsləndirəcəyik. Uzun illərdir bu mövzuda sosial mediada fərqindəlik yaradan peşəkar...
İstilikbasma, əsəbilik, qan təzyiqinin yüksəlməsi, osteoporoz, depressiya – bunlar əlamətlərinin bir qismidir İstilikbasma, əsəbilik, qan təzyiqinin yüksəlməsi, osteoporoz, depressiya, panik atak, müxtəlif xəstəliklərin ağırlaşması – bunlar qadınların klimaks zamanı üzləşdiyi problemlərin bir qismidir. “Femmekan”ın budəfəki mövzusu qadınların qorxulu yuxusu -klimaks, yaxud menopauzadır. Klimaks və ya menopauza orqanizmin qocalma prosesinin bir mərhələsi, yeni yaşam tərzinin başlanğıcıdır....
Elşad Xosenin 2005-ci ildə buraxılmış “İxlas” adlı albomundakı treklərdən – “Mavi” adlı parçanın girişi kuirfobiya ilə başlayır: “Bura Azərbaycandır, Amsterdam deyil. Çıxdığınız səhnədir, hamam deyil”. Azərbaycan dilində yazılmış ən kuirfob replərdən biri olan “Mavi” müğənni Aygün Kazımova, reperlər Elşad Xose və “Dəyirman” qrupunun duetidir. Bu ilk misrada yaradıcı heyət Niderland Krallığının paytaxtı Amsterdama işarə edir,...
Gəlin onları tanıyaq “Bu hakimiyyət öz vətəndaşlarına qarşı ləyaqətli davranmır. Ödənilən vergilər hesabına polislərə maaş verirlər, onlar isə insanlara zülm edir. Hakimlərə pul verirlər, onlar da sifarişli, saxta qərarlar çıxarır”, – jurnalist Sevinc Vaqifqızının (Abbasova) sözləridir.  O, bu sözləri həbsindən sonra, məhkəmədə çıxışı zamanı dilə gətirib.  Bir aydan artıqdır ki, Azərbaycanda iki qadın jurnalist hakimiyyətin...
“Bölgələr heç, Bakıda belə reproduktiv sağlamlıq, hamiləlikdən qorunmaqla bağlı marrifləndirmə yoxdur” 23 yaşlı Nəcibə Nuriyevanın 3 uşağı var, dördüncüyə hamilədir. Deməsinə görə, 17 yaşında nişanlanıb, yaşı tamam olan kimi nikaha girib.  Əri ilə arasındakı yaş fərqi ondur. Ailəsinin məsləhəti ilə evləndiyi şəxs uzaq qohumlarıdır. Uzun müddət Rusiyada yaşayan 28 yaşlı gənci ailəsi atasının xəstəliyi adı...
Patriarxat ölkədə qadın kimi yaşamaq çətindir. Öz dediklərinə görə trans qadın olaraq yaşamaq ondan da çətin və zülmlüdür.  Deyirlər ki, cəmiyyətdə trans qadınlar cis hetero qadınlardan daha çox qısnamaya, bulinqə, ayrı-seçkiliyə və zorakılığa məruz qalır.  “Döyülürük, transfobik təhqirlərə məruz qalırıq, bıçaqlanırıq, hətta işgəncəylə öldürülürük. Yandırılaraq öldürülən Nuray kimi…”. “Səni pozanlar elə Bakıdakılardır, ora gedib daha...
Həkim deyir ki, yaşı 25-dən yuxarı hər qadın üç ildənbir pap smear testi verməlidir “Femmekan”ın budəfəki mövzusu qadınlar arasında yayılan uşaqlıq boynu xərçəngidir. Araşdırmalar zamanı müəyyən edilib ki, uşaqlıq boynu xəstəliklərinə səbəb olan virusların daşıyıcısı kişilərdir. Xəstəliyin yaranma səbəblərindən, tez xəbər tutmanın yollarından, qarşısının vaxtında alınmasından danışacağıq. Cəmiyyətdə maarifləndirmənin aşağı səviyyədə olması səbəbindən çoxu bu...
“Boşanmış qadınsan, suyu da üfürə-üfürə içməlisən!” Ailə qurmaq, evlənmək, qızını gəlin köçürmək, oğlunu bəy kürsüsündə görmək Azərbaycan cəmiyyətində çox önəmsənir. Bir çox hallarda gənclər evlilikdən sonra fiziki, psixoloji zorakılıqlar, maddi çatışmazlıqlar, xəyanət, xasiyyətlərin uyğunsuzluğu, ailənin və ya qohumların müdaxiləsi və s. kimi problemlərlə üzləşir və yollarını ayırır.  Boşanmadan sonra isə qadın və kişinin yaşadıqları problemlər...
Azərbaycanda mühafizə orderinin verilməsindəki çətinliklərdən danışmışıq Cənubi Qafqazda tez-tez qadınların hüquqlarının pozulması, ailəiçi şiddət məzmunlu xəbərlər oxuyuruq. Belə hadisələrin ölümlə nəticələnməsinin səbəblərindən biri də mühafizə orderinin vaxtında verilməməsidir.  Nədir mühafizə orderi? Mühafizə orderi şəxsi potensial zorakılıq hadisələrindən qorumaq üçün verilir. Azərbaycanda illərdir mövcud olmasına baxmayaraq, icrası ilə bağlı problemlər yaranır.  Həm böyük şəhərlərdə, paytaxtda, həm...
“Femmekan”ın növbəti podkast epizodunda hər birinizi xoş gördük. Bu dəfəki mövzumuz korporativ mühitdə qadınların yaşadığı çətinliklər, üzləşdiyi diskriminasiyalardır.  Sizə təkrar gələ bilər, lakin təəssüf ki, hələ də iş mühitində problem yaşayan qadınlar barədə müxtəlif hekayələr eşidə bilirik. Yəni hələ də bu sahədə problemlər var. Qadınlar iş mühitində hansı problemlərlə üzləşirlər və bu diskriminasiyalar nədən ibarətdir?...
1 2 3 4 5 12

Mənim Yeni Tarix