Azərbaycanda boşanmış qadın, tənha ana olmaq

0

“Boşanmış qadınsan, suyu da üfürə-üfürə içməlisən!”

Ailə qurmaq, evlənmək, qızını gəlin köçürmək, oğlunu bəy kürsüsündə görmək Azərbaycan cəmiyyətində çox önəmsənir. Bir çox hallarda gənclər evlilikdən sonra fiziki, psixoloji zorakılıqlar, maddi çatışmazlıqlar, xəyanət, xasiyyətlərin uyğunsuzluğu, ailənin və ya qohumların müdaxiləsi və s. kimi problemlərlə üzləşir və yollarını ayırır. 

Boşanmadan sonra isə qadın və kişinin yaşadıqları problemlər eyni olmur. Məsələn, kişi həyatına rahat şəkildə davam edir, qadın isə sırf cinsinə görə bəzi ayrı-seçkiliklərlə qarşılaşır. Uşağının olması isə əlavə çətinlik yaradır.

Azərbaycanda tənha ana olmaq 

Zümrüdün (ad şərtidir) yaşadıqlarından yola çıxaraq, mənzərəni göstərməyə çalışmışıq. O, 24 yaşında ailə qurub. Dediyinə görə, keçmiş qayınanası ilə anası iş yoldaşı olublar. Bu evlilik də elə onların istəyi ilə baş tutub.

Ailə, sevgi təməlli qurulmadığı kimi sonra da cütlüyün arasında sevgi yaranmayıb. 

Zümrüd deyir ki, bu evlilikdə üzü gülməyib. Ən xırda məsələ ailədaxili münaqişəyə çevrilib. 

“Ailəmdəki problemləri qızımın 7 aylığından sonra valideynlərimə deməyə başladım. Keçmiş həyat yoldaşım isə çalışırdı ki, mənim heç kimlə əlaqəm olmasın”.

Zümrüd boşanma qərarını da asanlıqla verməyib. Deyir, milyon dəfə düşünüb-daşınıb, amma başqa çarəsi qalmayıb. 

Son addımın atılma səbəbi 

Bir gün qardaşı Zümrüdü və həyat yoldaşını qonaq çağırır. Lakin keçmiş həyat yoldaşı Zümrüdü bu dəvətə tək yola salır, getmək istəmir. Axşam saat 10-da qardaşıgildən qayıdan Zümrüdə həyat yoldaşı qapını açmır. Körpə uşaqla qapıda qalan Zümrüd ailəsinin evinə qayıtmalı olur. Deməsinə görə, bu hərəkət ailə həyatlarına son nöqtəni qoyub. 

Zümrüd deyir ki, yaşadığı cəmiyyətdə qadınlara qarşı münasibət birmənalı deyil. Məsələn, subay qız bəzənsə, “cavan qızdır, olar”, evli qadın bəzənsə, “əri bilər, özü bilər” deyirlər. Onun sözlərinə görə, sırf boşanmış qadının özünə baxması qəbahətdir:

“Həmişə baxımlı olmağı sevmişəm. Amma boşandıqdan sonra hər hərəkətim gözə batmağa başlayıb. Hətta bir dəfə qardaşım mənə “boşanmısan, bizim üstümüzdəsən, camaat nə fikirləşər?”, – dedi. Bibim isə məni tənbehləyirdi ki, sən artıq boşanmış qadınsan, suyu da üfürə-üfürə içməlisən! Ən ağırı isə anamın sözləri olmuşdu. “Ərə getmişdin, nə oldu? Dolanardın da”, – demişdi. 

Fərqindəlik

Zümrüd deyir ki, bu prosesdə təkcə, atası ona ağır söz deməyib, lakin anlayıb, onun ərə gedəndən sonra ata evində yeri yoxuymuş:

“Yaxın-uzaq, gələn-gedən, it-pişik – hamı məsləhət verir, hərəkətlərim onlara batır”.

Hər nə qədər boşanma qərarını Zümrüd versə də, bu vəziyyətlə barışa bilməyib. Buna görə də iş yerində kimsəyə boşandığını deməyib. Ancaq alimentlə bağlı məhkəməyə getmək üçün işdən izin alanda, iş yoldaşları hər şeyi bilib. 

Zümrüdün dediyinə görə, bəzi iş yoldaşlarının bu xəbərdən sonra ona qarşı münasibəti dəyişib.

“Ailəvi dost olduğum iş yoldaşımla kafedə oturmuşduq. Başladı mənimlə “gənc qadınsan, bədəninin tələbatı var” söhbəti etməyə. Halbuki bacısı da boşanıb. Dedim, bəs sənin bacının bədəninin tələbatı olurmu? Dili tutuldu, bilmədi nə desin. Sonra “düz deyirsən”, – dedi. Adamın öz bacısı olanda ağlına o şeylər gəlmir. Bu hadisədən sonra mən onunla əlaqəni tam kəsdim”.

Zümrüd bildirir ki, Azərbaycanda boşanmış qadın əksər kişilərin gözündə “seksual obyekt, sahiblənilməli maldır”. 

“Boşanmadan öncəki mənlə indiki mən arasında heç bir fərq yoxdur. Axı niyə münasibət birdən-birə tam dəyişməlidir?! Hamısının da məqsədi birdir, qadını yatağa dəvət etmək. Əksəriyyətinin beyni belə işləyir: təzə boşanmış qadındır, ərindən başqa kişi üzü görməyib, fürsəti əldən vermək olmaz. Mənə qarşı bu cür davranan üç nəfər olub. 

Göstərilən münasibətlər, təsirləri 

Boşanandan sonra insanlar tərəfindən göstərilən münasibət Zümrüdə ağır gəlib. Deyir, həmişə ona hörmət edən insanlar belə artıq fərqli münasibət göstərməyə başlayıb: 

“Lakin mən üzləşdiklərimlə mübarizə yolu tapmışam. Köhnə iş yerimdən çıxdım, özümə başqa iş tapdım. Təzə iş yerimdə isə heç kimə boşandığımı demədim. Bəli, Azərbaycanda boşanmış qadın olmaq da, tək uşaq böyütmək də çətindir. Qızımın məktəbi, kursu, yarışmalarda iştirakı, xəstələnəndə həkimi, dava-dərmanı var. Amma mənə ən çox əzab verən qızlarının yanında olan ataları görməkdir. Məsələn, bugün gimnastikada ataların qızlarına gül dəstəsi aldığını gördüm, pis oldum, vicdan əzabı çəkdim. Ağlımdan keçdi ki, bəlkə, dözüb otursaydım, atası uşağımın yanında olardı. Amma digər tərəfdən də şiddət olan ailədə böyüməsindən daha yaxşıdır, məncə…”.

[smartslider3 slider=”2″]

Zümrüd deyir ki, Azərbaycan cəmiyyətində heç kim boşanmış qadının nə hisslər keçirdiyini, hansı çətinliklərlə mübarizə apardığını görmək, anlamaq istəmir: 

“Kim istər ki, ailəsi dağılsın?! Amma ər zorakı, məsuliyyətsizdirsə, qadın buna niyə dözməlidir? Sonrasında boşandığı üçün qadın niyə günahlandırılmalıdır? 

Hərdən ümidsizliyə qapılıram, lakin həm də düşünürəm, qızıma baxmalıyam, onun üçün nələrsə etməliyəm. Gələcək barədə müsbət düşünməyə çalışıram, mənə motivasiya verən də elə budur. 

Ən böyük arzum isə bir gün qızımla birlikdə təyyarəyə minib, hansısa ölkəyə səyahət etməkdir…”.

Yazdı və çəkdi Aynur Kazımova

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib “Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”. Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur” Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır. Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışacağıq. Epizodumuz ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi” kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirlərini səsləndirəcəyik. Uzun illərdir bu mövzuda sosial mediada fərqindəlik yaradan peşəkar...

Mənim Yeni Tarix