Azərbaycan kinosunda LGBTİQ+

0

Yüz ildən çox yaşı olan Azərbaycan kinosunda ilk homoseksual obraz – filmdə mərkəzi yer tutan obraz olaraq – 2014-cü ildə peyda olub. O, “My name is İntiqam” filminin qəhrəmanlarından biri Syomadır. Rejissor Emin Abdullayevin müstəqil maliyyə ilə çəkdiyi bu film komediya janrındadır. Təəccüblü deyil, LGBTİQ+ motivinə Azərbaycan kinosunda əsasən komediya filmlərində rast gəlinir. Onda da ancaq ironiya, gülüş, lağlağı hədəfi kimi…

Kino və sosiologiya tədqiqatçısı Toğrul Abbasovun sözlərinə görə, Azərbaycan kinosunda LGBTİQ+lara olan mövqe sadəcə görməzdən gəlməkdir.

“Yəni demək olar ki, LGBTİQ+ Azərbaycan kinosunda təmsil olunmayıb. Sadəcə bəzi kinokomediyalarda gülüş vasitəsi kimi istifadə olunub. Vasitə sözünü xüsusilə vurğulayıram, çünki vasitə olmaq təmsil olunmaq deyil, əksinədir”, – o qeyd edir.

“My name is İntiqam”dan təxminən bir il sonra istehsal olunmuş “Toy-2” komediyası da homoseksual münasibətləri yad edib. Filmin özündə və reklam materiallarında “mavi o zamanlar sadəcə bir rəng idi”, “mavi ləkə”, “namus və qeyrət şübhə altındadır” kimi ifadələr yer alır.

Aktivistlər filmdə homoseksuallara yönəlik təhqiramiz ifadə və yanaşmaya görə Facebookda “Toy 2 filmini qınayıram” adlı kampaniya başladaraq etiraz ediblər. 

Cavid Nəbiyev

Kampaniya təşkilatçılarından biri, LGBTİQ+ haqları müdafiəçisi Cavid Nəbiyev deyir ki, onların əsas məqsədi ictimai qınaq yaratmaq, eyni zamanda filmdə personajın təqdimat formasının nə dərəcədə zərərli olması barədə ictimai müzakirə təşkil etmək idi.

“Çünki indiyədək hər dəfə təhqir formasında, alçaldıcı formada LGBTİQ+lar film, reklam bazarında gülüş obyektinə çevrilib. Zarafatı edən və zarafatın edildiyi kontekst önəmlidir. Azərbaycanda bu cür filmlərdə ucuz, itici, hansısa stereotipi neqativ mənada körükləyən zarafatlardır. Təbii ki, bu, problematikdir. Bu [kampaniya], bir növ zaman idi ki, artıq bəsdir, kifayətdir”, – Nəbiyev bildirir.

Tənqidlərə cavab olaraq filmin rejissoru Həsən Əliyevin ünvanladığı açıq məktubda “Mən o qədər “müasir”  adam deyiləm ki, homoseksuallar haqda film çəkim. Bəli, mən homofobam” – deyib.

Azərbaycanda LGBTİQ+ların hüquqlarının pozulması, ayrı-seçkilik və nifrət cinayətləri tez-tez həm yerli, həm də beynəlxalq hesabatlarda işıqlandırılıb. Dövlət rəsmilərinin LGBTİQ+lara qarşı nifrət nitqlərinin sayının artması ilə yanaşı, illərdir ki, Azərbaycan ILGA-Europe – Beynəlxalq Lesbian, Gey, Biseksual, Trans və İnterseks Dərnəyinin Avropa filialının hazırladığı Göyqurşağı xəritəsində də ən aşağı pillələrin birində qərarlaşır.

Mənbə: tsnn.com
Mənbə: tsnn.com

“Son bir neçə ildə dünya kinolarında homoseksuallığın, cinsi azlıqların təbliğatı çox qabardılır və şəxsən məni bu problem çoxdan narahat edir”, – Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev keçən il yerli media qurumlarından birinə verdiyi müsahibəsində deyib və vurğulayıb ki, Azərbaycan kinosu Qərb yolu ilə getsə və mükafatlardan ötrü indiki tələb olunan qaydalara uyğun filmlər təqdim etsə, bu milli kinoya böyük zərbə ola bilər.

Kinotənqidçi Sevda Sultanova isə Yeni Müsavat onlayn qəzetinə “Dünyada homoseksual kino sənayesi formalaşmağa başlayıb – Məqsəd nədir?” məqaləsi üçün verdiyi müsahibədə Qərbin gender bərabərliyi, seksual azlıqların haqları uğrunda mübarizəsi akademik azadlığın, müzakirə və mübahisə mədəniyyətinin məhdudlaşdırılması, ayrı-ayrı intellektualların ifadə azadlıqlarının pozulması bahasına başa gəldiyini deyib.

“Berlin kinofestivalında təşkilatçılar cinsiyyət prinsipini – ən yaxşı qadın və ən yaxşı kişi rolları üzrə nominasiyaları ləğv etdi. Əvəzində “ən yaxşı baş rola görə” və “ikinci planda ən yaxşı rola görə” mükafatları təsis olundu. Beləliklə, üç ən nüfuzlu festivaldan biri seksual azlıqların, onların tərəfdarlarının basqısı altında neytral gender statusuna keçməklə, aktrisa və aktyorların hüququnu pozdu və festival idbar liberalizmin manipulyasiyasına özünü təslim elədi”, – kinotənqidçi bildirib.

Gender tədqiqatçısı Leyla Həsənova deyir ki, filmlərdə queer ifaçıların yer almasına dair tələb haqlı tələbdir. Onun sözlərinə görə, bütün sahələrdə queerlər olsa və öz təmsiliyyətini özü aparsa, bu zaman xüsusi queer-inkluziv siyasətə ehtiyac qalmazdı.

“Bu zamana qədər queerləri heteroseksuallar bütün sahələrdə, həmçinin film sahəsində təmsil edib. Yeni-yeni güclənən queer, trans aktivizmi sayəsində artıq trans obrazları translar, digər queer obrazları queer sənətkarlar özü təmsil etmək istəyir. Nə üçün queerləri cisheterolar təmsil etməlidir? İstedadlı queer sənətkarlar yoxdurmu?”, Həsənova əlavə edir ki, əgər cəmiyyət LGBTİQ+fobiklərin yaşadığı siyasi-sosial, iqtisadi bərabərliyin olduğu simulyasiyada yaşasaydı, trans, queer aktivizm olmazdı və nəticədə də heç kim təmsiliyyəti üçün mübarizə aparmalı olmazdı.

Minay Dəniz

LGBTİQ+ların yerli kinoda təmsil olunmadığını görən 20 yaşlı Dəniz Miray isə özü film çəkmək qərarına gəlib.

Bir lezbiyan cütlüyün, ailə həsrəti çəkən trans qadının və sevgilisi ilə münasibətləri qaydasında olmayan gey oğlanın hekayəsini özündə birləşdirən “Bədənimə Günəş” filmini Dəniz bu il Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiya ilə Mübarizə Günündə izləyicilərə təqdim edib.

“Əgər film həyatın parçasıdırsa, bu həyatda biz də (kuirlər) varıq və rejissor bunu əks etdirməlidir”, – o deyir ki, illərdir televiziya izləyicisi olan insanların heç bir kuir obraz görməməsi ciddi bir problemdir.

“Necə mən sabah ortaya çıxım? Necə özümü bəyan edim? Mən sabah gözümün üstünə rəng vurub çıxanda qorxuram ki, insanlar nə deyəcək? Burada televiziyanın və incəsənətin ciddi rolu var”, – o qeyd edir.

16-17 yaşlarında gender kimliyinin fərqinə varan Dəniz, rayonda böyüdüyü üçün sosial həyat, media və televiziyada trans qadınlarla bağlı heç nə görməyib. Lakin görməsə belə, özünü hiss edib və tapıb, bunun üçün ilk axtarışa çıxdığı yer “Google” olub.

“İlk google-a yazdığım şey “oğlanam, oğlanlardan xoşum gəlir” idi. Oradan başlayaraq axtarmağa və tapmağa başlamışdım ki, mən buyam, hissim budur. Ətrafımda, həyatda, reklamlarda, filmlərdə, musiqidə ancaq heteroseksualları görüb təsirlənməmişəmsə, onda niyə trans qadın görən bir uşaq hiss etdiyi bir şey olmadığı halda bundan təsirlənsin?”, – deyə o bildirir ki, istənilən identifikasiyanı filmdə görmək insanların özlərini sorğulamağa yaxşı təsir edir.

Dəniz Miray deyir ki, LGBTİQ+lar haqqında çəkilən filmlər bir çox kuirlərin xoşuna belə gəlmir, çünki onların həyatı bərbad kimi nümayiş etdirilir və intihara hazır obraz kimi göstərilir.

“Çünki hamısında yazıqlaşdırma, romantikləşdirmə, reallıqdan çıxma, cəmləşdirilmə, pessimistləşdirilmə var. Ya burada çox çəhrayı yanaşılır, sevdi, qovuşa bilmədi, çıxdı getdi, ya da çox rahatdı, pis bir insidentlə qarşılaşmır, ya da ki çox şişirdilir.”, – o əlavə edir ki, filmlərdə ümumiləşdirmələr də yaxşı deyil. 

“Sanki bütün geylər belədi, bütün lezbiyanlar belədir. Halbuki filmdə obraz elə işlənilməlidir ki, insanlar kuirləri qəlibləşdirə bilməsinlər. Çünki hamımızın öz təcrübəmiz var”, – Dəniz qeyd edir.

Vüsalə Hacıyeva

Kinorejissor Vüsalə Hacıyeva isə düşünür ki, LGBTİQ+ fokuslu filmlərin görünməsi üçün kadrlar yetişdirilməlidir. Məsələn, dünya kinosunda proses məhz bu cür başlayıb. 

“LGBTİQ+ mövzulu filmlərin geniş ekranlara çıxması kuir rejissorların əziyyətli mübarizəsindən sonra baş verib”, – deyən kinorejissor əlavə edir ki, Azərbaycanda kuir olaraq kino təhsili almaq belə çətin prosesdir.

“Hazırda kinoyla məşğul olan kuirlər var mən də onlardan biriyəm. Öz filmlərimizi çəkməyə və özümüz danışmağa başlamalıyıq. Ayrı çarəsi yoxdur”.

Yazdı Pəri Abbaslı

Qeyd: Məqalədə verilən bir neçə sitatda yalnış terminologiya mövcuddur. Sitat təhrif olunmasın deyə, dəyişdirilmədən qeyd olunub.

Məqalə QueeRadarın Mentorluq Proqramı çərçivəsində hazırlanıb.

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib “Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”. Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur” Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır. Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışacağıq. Epizodumuz ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi” kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirlərini səsləndirəcəyik. Uzun illərdir bu mövzuda sosial mediada fərqindəlik yaradan peşəkar...

Qadınların qorxulu yuxusu klimaks haqqında nə bilirik? 

İstilikbasma, əsəbilik, qan təzyiqinin yüksəlməsi, osteoporoz, depressiya – bunlar əlamətlərinin bir qismidir İstilikbasma, əsəbilik, qan təzyiqinin yüksəlməsi, osteoporoz, depressiya, panik atak, müxtəlif xəstəliklərin ağırlaşması – bunlar qadınların klimaks zamanı üzləşdiyi problemlərin bir qismidir. “Femmekan”ın budəfəki mövzusu qadınların qorxulu yuxusu -klimaks, yaxud menopauzadır. Klimaks və ya menopauza orqanizmin qocalma prosesinin bir mərhələsi, yeni yaşam tərzinin başlanğıcıdır....

Hip-hop niyə kuirfobdur

Elşad Xosenin 2005-ci ildə buraxılmış “İxlas” adlı albomundakı treklərdən – “Mavi” adlı parçanın girişi kuirfobiya ilə başlayır: “Bura Azərbaycandır, Amsterdam deyil. Çıxdığınız səhnədir, hamam deyil”. Azərbaycan dilində yazılmış ən kuirfob replərdən biri olan “Mavi” müğənni Aygün Kazımova, reperlər Elşad Xose və “Dəyirman” qrupunun duetidir. Bu ilk misrada yaradıcı heyət Niderland Krallığının paytaxtı Amsterdama işarə edir,...

Related Posts

Leave a Reply

My New Stories