Azərbaycan cəmiyyətinin aktivizmə, aktivistə münasibəti necədir? 

0

“Susan insanlar susmayan insanlarda daim qıcıq yaradır”

– Görəsən, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hara baxır, nə iş görür?

– Başlarında problem var! Hüquq eyni olsa, gərək əllərinə silah verəsiz, gedib döyüşələr. Bu nə abırsızlıqdır?

– Avropadan qaynaqlanan hərəkatdır…

– Gedin, ev işlərinizlə məşğul olun. Ən yaxşı qadın azadlığı bizdədir. Namaz qılın, Allaha dua edin…

– Qadınları öldürürlər və üstünə böhtan da atırlar. Heç kim də cavabını almır, haqlısınız.

Feminist aksiyalarının mətbuatda yayımlanan videolarına gələn şərhlərdən bəziləridir. 

Cəmiyyət feminizmi, aktivizmi, hüquqları uğrunda mübarizə aparan insanı və xüsusən qadınların mübarizə aparmasını bir çox hallarda həzm edə bilmir. 

“Femmekan” bu dəfə aktivizm mövzusuna toxunub. Haqları uğrunda mübarizə aparan insanlara cəmiyyətin gözündən baxmışıq və səbəblərinə toxunmuşuq. 

Aktivistlik nədir? 

Avropa Şurası aktivisti dəyişiklik üçün hərəkatda olan, əsasən, siyasi və ya sosial məsələlərlə bağlı, aktiv olan şəxs kimi görür. Aktivizm isə aktivistlərin etdikləridir, yəni onların dəyişikliyi gətirmək üçün istifadə etdikləri metodlardır.

Azərbaycanda isə aktivizm sözünü daha çox etiraz və ya narazılıqla sinonim olaraq eşidirik. Əslində isə aktivizm çoxsaylı siyasi istiqamətlərdə və müxtəlif formalarda ola bilər. Mətbuatda açıq mesaj ünvanlamaq, siyasətçiyə məktub yazmaq, siyasi kampaniya, iqtisadi fəallıq (məsələn, şirkətləri dəstəkləmək və ya boykot etmək), bloqçuluq, küçə yürüşləri, tətillər və partizan taktikaları da daxil olmaqla, çox etiraz forması aktivizm sayıla bilər.

“Aktivizmin bəzi növlərinin daha az yayılmasına səbəb avtoritar rejimdir”

Gender aktivisti, feminist Nisə Hacıyeva deyir ki, aktivizmin hər yolu müəyyən qədər effektivdir. Onun əksər nümunələri müxtəlif dövrlərdə Azərbaycanda var olub.  Onun fikrincə, hazırda ölkədə aktivizmin bəzi növlərinin daha az yayılmasına səbəb avtoritar rejimdir: 

“Aktivizmin bütün yolları müəyyən qədər effektivdir, hansısa birini daha uğurlu, düzgün saymaqdan qaçmaq lazımdır. Öncədən, yoxlanılmadan hansının daha effektiv olduğunu bilmək mümkün deyil. Başqa ölkələrlə müqayisə edəndə, deməzdim ki aktivizm Azərbaycanda çox fərqlidir. Yerli, xüsusilə də siyasi şərtlərdən asılı olaraq çox vaxt sosial şəbəkələrə fokuslanıb. Buna baxmayaraq, Azərbaycanda aktivizmin bir çox növü var. Məsələn, tətillər, boykotlar… Cəmiyyətdə, xüsusilə də gənclər arasında individual və ya kütləvi aktivizm hər zaman olub”.

Nisə Hacıyeva düşünür ki, Azərbaycanda kütləvi aktivizm üçün şərait çətindir. Səbəbi isə siyasidir. Onun fikrincə, avtoritar rejimdə çox şaxələnmək olmur.

İncəsənət aktivizmi 

Son zamanlar Azərbaycanda boykotların, incəsənət aktivizminin nümunələrinə tez-tez rast gəlinir. Nisə Hacıyeva da deyir ki, sosial mediada incəsənət aktivizminə nümunələr onun da rastına tez-tez çıxır: 

“Yaxın zamanlarda baş tutmuş Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı sosial mediada və incəsənət sahəsində aktivizm üçün misal ola bilər. Ümumiyyətlə, son dönəmlər incəsənət aktivizmi geniş yayılıb. Bu, fərdi aktivizm sahəsində özünü daha çox biruzə verir. Elmin Bədəlovun performansları da buna nümunədir. Aksiya və boykotlar az da olsa, keçirilir. Məsələn, müharibə dövründə insanların “McDonalds” şəbəkəsini boykot etməsi də əslində aktivizmin varlığına misaldır”.

Nikbin aktivizm

9 sentyabrdan bəri Azərbaycanda “Wolt” kuryerləri boykot aksiyası keçirir. Şirkət qış dönəminə keçidlə bağlı edilən artımları dayandırıb. Əvvəlki tarifləri aşağı salıb. 

Nəticədə, kuryerlər şəbəkələşərək qiymət artımı olana qədər işə çıxmayacaqlarını deyiblər. Etirazda kuryerlərin 80 faizi iştirak edib. Aktivist Əziz Məmiyev sosial şəbəkədə qeyd edib ki, kuryerlər aksiyanı davam etdirəcəklər. 

Nisə Hacıyeva deyir ki, dünyada nikbin aktivizmlə bağlı nümunələr çoxdur. Bu üsul faydalı ola bilər. Dəyişikliyə köklənən aktivizmin önəmini vurğulayan aktivist deyir ki, Amerikada bunun örnəklərinə rast gəlmək mümkündür: 

TEDFellows Retreat 2013. August 17 – 21, 2013, Whistler, BC. Photo: Bret Hartman
Negin Farsad. TEDFellows Retreat 2013. August 17 – 21, 2013, Whistler, BC. Photo: Bret Hartman

“Şəxsən nikbin aktivizmin tərəfdarıyam. Məsələn, Amerikada yaşayan aktrisa, yazar və “stand-up” sənətçisi Negin Farsad “The Huffington Post” tərəfindən Amerikanın ən gülməli qadınlarından biri seçilib. Videolarına, çıxışlarına baxmağı məsləhət görürəm. Mən onun stilini, problemləri çatdırma üsulunu çox bəyənirəm. Dəyişikliyə, dövlətə, onun siyasətinə təsir etmək üçün nikbin, pozitiv yolla aparılan aktivizmin faydalı ola biləcəyini düşünürəm. Problemə yox, dəyişikliyə köklənən aktivizm daha çox insanı prosesə cəlb edə bilər. Təbii, bəzi problemləri gülərək çatdırmaq çox çətindir. Məsələn, Sənay Yağmurun zorakılıq keysi kimi durumlarda bu cür aktivizm çətin, anlaşılmayan ola bilər”.

Aktivizmin siyasiləşməsi 

Onlayn Etimologiya Lüğəti ingiliscə “activism” və “activist” sözlərinin ilk siyasi istifadə tarixlərini 1915 və 1920-ci illərdə (nəzəri olaraq ilk dəfə 1907-də istifadə edilib) olduğunu göstərir. Bu ifadə 1915-ci ildə isveçli “aktivistlər” I Dünya Müharibəsində bu ölkənin bitərəfliyinin sona çatması üçün petisiya verdikdə siyasi olaraq işlədilib.

Aktivizmin yanlış qiymətləndirilməsinin səbəblərindən biri də bunun təhlükəli hesab edilməsidir. Hamı həbs olunmaq, etiraz aksiyalarında iştirak etmək və ya bu kimi hallarla həyatını riskə atmaq istəmir. Lakin bu, o demək deyil ki, aktivist olmaq üçün mütləq bunları etmək lazımdır. Oturaq aksiya təşkil etmək, müəyyən məhsulları və biznesləri boykot etmək, könüllü olmaq – bütün bunlar aktivizmin bir formasıdır. Nəzəriyyədə deyilir ki, mikro-aktivizm çox vacibdir, çünki bu, makro-aktivizmə gətirib çıxara bilər. Təcrübədə belə hallara çox rast gəlinib. Hərəkatlara böyümək, güc qazanmaq lazımdır, buna görə də hər kiçik addım aktivizmdə önəmli sayılır.

Negin Farsadın “Ted Talk”dakı çıxışından:

Guy Raz, Aparıcı:

– Yaxşı, Maysoon sadəcə deyirdi ki, o, həm “stand-up”çı, həm də aktivist deyil, amma siz əsasən, komediyadan aktivizm kimi istifadə edirsiniz.

Negin Farsad: Bəli,  komediya bunun üçün ən yaxşı vasitədir. Bu, insanları açır. Komediyanı bu qədər təsirli edən odur ki, müddət boyunca onları güldürürsənsə, onlar sonda daha dərin, ciddi şeyləri də dinləmiş olurlar.      

Feminist aksiyaları 

Azərbaycanda bəzən aktivizmin aksiya, tətil kimi növləri adekvat şəkildə qəbul edilmir. Feminist aksiyalarını buna nümunə göstərmək olar. Bu aksiyalar çox insan tərəfindən patriarxalın mövcud ənənələrinə təhlükə kimi görülür, qadının nəzarətdən çıxması, demoqrafik inkişafa ziyan vurması, regionda sabitliyin pozulması kimi qiymətləndirilir. 

Nisə Hacıyeva düşünür ki, qıcıqlandırıcı olmaq, insanları əsəbiləşdirmək prosesin uğurlu getməsinə işarədir. Azərbaycan kimi iqtisadi rifahı aşağı olan ölkələrdə aktivizm üçün belə reaksiyalarla qarşılaşmaq təəccüblü deyil: 

“Aktivistlərin məqsədi əslində elə qıcıqlandırıcı olmaqdır. Güldürərək belə aktivizm edəndə qıcıqlandırmaq önəmlidir. İnsanların aktivistlərə qıcıqlanması, əsəbləşməsi də çox normaldır. Azərbaycanda buna səbəb həm də rifahın aşağı olması səbəbindən insanların inkişaf etmiş ölkələrin xalqlarına nisbətdə daha aqressiv olmasıdır”.

“Azərbaycan kimi avtoritar ölkələrdə insanlar susmağa məhkumdur”

Feminist aktivist deyir ki, Azərbaycan kimi avtoritar ölkələrdə insanlar susmağa məhkumdur. Əksəriyyətin aktivizmə cəsarəti yoxdur:

“Bunu əsla qınayaraq demirəm. Müxtəlif obyektiv səbəbləri ola bilər. Çox insan öz təhlükəsizliyini düşünərək problemlərə susur. Avtoritar ölkələrə xas xüsusiyyətlərdən biri də odur ki, susan insanlar susmayan insanlarda həmişə qıcıq yaradır”. 

Məqsəd nə olmalıdır?

Nisə Hacıyeva düşünür ki, mənfi reaksiyaları azaltmaq məqsəd olmamalıdır. Məqsəd nəyisə dəyişməyə fokuslanmalıdır. O deyir ki, əgər narahatedici nəsə qalmasa, demək ki artıq aktivizmə ehtiyac olmayacaq: 

“Məqsəd nəyisə qıcıqlandıraraq dəyişmək olmalıdır. Vacib deyil, bu qıcıqlandırmaq mütləq bədbin, mənfi notlarda olsun. Feministlərlə bağlı həmişə deyirəm, əgər cəmiyyət feministləri sevsəydi, feminizmə ehtiyac qalmazdı. İnanmaq istəyirəm ki, elə bir gün gələcək”. 

“Aktivizm kontekstə, duruma görə dəyişir”.

Gender və münaqişə araşdırmaçısı Sevinc Səmədzadə aktivizmin kontekstə, duruma görə dəyişdiyini deyir. Bəzən militant, bəzən isə əksi – qeyri-militant aktivizmin ən uğurlu sayıla biləcəyini düşünür: 

“Aktivizmi əgər geniş mənada insanların siyasi və sosial dəyişiklik üçün təşkilatlanması və mübarizəsi kimi görürüksə, yəqin bir effektiv yoldan danışmaq çətin olar. Hər spesifik kontekst üçün aktivizm alətləri fərqli ola bilər. Məsələn, bəzi kontekstlərdə militant aktivizm yeganə çıxış yolu ola bilər, bəzilərində isə qeyri-militant radikal aktivizm effektivdir”.

Sevinc Səmədzadə. Mənbə: Əkinçi

Aktivistlər niyə əks-reaksiya ilə qarşılaşır?

Sevinc Səmədzadə deyir ki, post-sovet məkanında aktivizm QHT-ləşmiş və küçə aktivizmi arasında, uyğun olaraq liberal və radikal mübarizələrin ortasında dayanır. O bildirir ki,  Azərbaycanda da son bir neçə ildə bu dinamikanı görmək mümkündür: 

“Dünya təcrübəsində də eynən, aktivizm tədricən siyasi dəyişiklik gətirən reformizm və radikal inqilabi dəyişiklik gətirən mübarizələr arasındadır. Etirazlara gəlincə, onlar  həmişə əks reaksiya ilə qarşılaşır. Aktivistlərin özləri, təmsil etdikləri vətəndaş cəmiyyəti institutları iqtidarın əlində asanlıqla alətə çevrilə bilər”.

Araşdırmaçının sözlərinə görə, reformist olmayan aktivistlər cəmiyyət, dövlət, hakim sinif və ailə institutunun konsensusunu dağıtdığı üçün hər zaman əks reaksiya ilə qarşılaşacaq:

“Əslində bu hegemon konsensus, hakim sinfin insanlar üzərindəki kontrol və gücünü saxlamasını təmin etdiyinə görədir. Aktivistlər və ya təmsil etdikləri vətəndaş cəmiyyəti institutları da həmin iqtidarın əlində asanlıqla alətə çevrilə bilir. Ona görə buna reaksiya olaraq radikal və güzəştə getməyən aktivizm yarandıqda, o “təhlükəyə” çevirilir”. 

“Kütlə öz tələblərinin ədalətli təmsil olunduğunu gördükdə…”

Sevinc Səmədzadə tələblərin təmsil olunduğunu gördükcə, mübarizənin geniş yayıla biləcəyi fikrindədir. Deyir, Azərbaycanda fərqli-fərqli hərəkatlar, mübarizələr yarandıqca, onlar öz kiçik icmalarının ehtiyaclarını təmsil etdikdən sonra daha geniş kütlənin ehtiyaclarını təmsil edə bilər:

“Kütlə öz tələblərinin ədalətli təmsil olunduğunu gördükdə yəqin bu mübarizənin bir parçasına çevrilə biləcək. Əks halda, bu, “təhlükəli” fəaliyyətlər onları mövcud qorxu mədəniyyəti və avtoritar nəzarətin ortasında tək buraxdığından, iqtidarla olan konsensusları davam edəcək”. 

Yazdı Selcan Hacı 

Qadınları hədəf alan siyasi mübarizə

Azərbaycanda qisas məqsədilə şəxsi həyatın ictimailəşdirilməsi Son illər Azərbaycanda siyasətçiləri cəmiyyətin gözündən salmağın məşhur yolu şəxsi həyatının ictimailəşdirilməsidir. Nəticədə, hakimiyyətlə müxalifət arasındakı çəkişmələrdə bəzən qadınlar təhdid vasitəsi olur, bəzənsə birbaşa təhdidlə üzləşirlər.  Məsələn, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədovun şəxsi həyatlarındakı qadınlarla “şantaj” edildikləri bildirilir. 2021-ci ildə siyasi mövqeyinə görə qızının intim...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Seçdiyin, yoxsa sənə yaraşdırılan peşə? 

Zirvələri fəth edən qadının hekayəsi  Azərbaycan cəmiyyətində insanlara cinsindən asılı olaraq peşə yaraşdırmaq adi haldır. Məsələn, mühəndis, arxitektor, sürücü, pilot, alpinist kimi peşələr kişilərə, həkim, müəllim, tibb bacısı kimi peşələr isə qadınlara uyğun görülür. “Qız uşağısan”, “sən kişisən”, – ifadələrilə başlanan cümlələrin sonu şəxsi həyata, arzulara, istəklərə müdaxilə ilə bitir.  Götürək alpinizmi – Azərbaycanda qadınların...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix