Arzular bir gün həyata keçir: Evdarlıqdan müəllimliyə, oradan İş qurmağa qədər…

0

“Sahələrdə çalışır, qazandığım pulla imtahana gedirdim”

Onu koordinatoru olduğum bir tədbirdə tanımışdım. Bir çox yerlərdə olduğu kimi, bizim tədbirdə də yaş limiti var idi. Yenə də müraciəti diqqətimi çəkmişdi. Heç deyilsə, tədbirə qatılmaq üçün motivasiyasının nə olduğunu öyrənmək istəyirdim. Buna görə də onu müsahibəyə dəvət edim. Söhbət zamanı məşğul olduğu işlər, sosiallaşmaq, öyrənmək istəyi marağımı cəlb etdi. Yaş şərtini kənara qoyub, onu iştirakçı kimi dəvət etmək qərarına gəldim. Onu daha yaxşı tanımaq, gündəlik həyatını, məşğuliyyətlərini öyrənmək üçün tədbirdən sonra yaşadığı Ağdam rayonunun Quzanlı qəsəbəsinə üz tutdum. 

“Yenidən xatırlamaq istəmirəm”

Söhbət 37 yaşlı Heyran Alışzadədən gedir. Sən demə Heyranın da yolu Ağdama evləndikdən sonra düşüb. Ondan əvvəlki köçkünlük həyatı qaçqın düşərgələrində keçib. 

O zaman 5 yaşı varmış. Uşağlığını nəql edəndə söhbətə Yevlaxda internat məktəbinə yerləşərkən özü ilə gətirdiyi gəlinciyindən başladı. Ardınca Bərdədəki çadır həyatından danışdı. Gəlincliklə çadır həyatını ardıcıl cümlələrlə danışsa da, arada böyük emosional aşırım sezdim. Yağış yağanda su ilə dolan çadırları, yaş olan yorğan-döşəkləri, çörək növbəsini, məktəbə gedərkən islanan, batan ayaqlarını, belə ağır şəraitdə, yarı ac, yarı tox keçən yeniyetməliyi barədə söhbət edərkən çətinlik çəkdiyi hiss olunurdu. 

Universitet xəyalından evliliyə 

Heyran təhsilinin son illərini Bərdədəki Şuşa məktəbində alıb. Deyir, elə burada oxuyarkən universitetə hazırlaşıb. Lakin hazırki həyat yoldaşı onu qaçırıb və təhsil həyatı yarımçıq qalıb. Bununla da evlilik həyatı başlayıb. İlk oğluna hamiləykən anasının təkidi və ailəsinin dəstəyi ilə Gəncədə kollecə qəbul olub. Burada ibtidai sinif müəllimliyi üzrə qiyabi təhsil alıb:

“İmtahanlar üçün Gəncəyə getməli idim. Tək gedə bilmirdim, yoldaşım, oğlum da mənimlə birgə gedirdi. Bəzən bir neçə gün qalmalı olurduq. Çox vaxt pul tapmırdım, qadınlarla birgə sahələrə alaq təmizləməyə, əkin-biçinə köməyə gedirdim. Qazandığım pulla imtahanlar üçün Gəncəyə yollanırdım”. 

Heyran kolleci bitirdikdən sonra yaxınlıqdakı Ağdam rayonu 95 saylı məktəbdə ibtidai sinif müəllimi işləməyə başlayıb. Sonra yenə Quzanlıya köçməli olublar və nəticədə işlədiyi məktəbi dəyişməli, hər gün daha uzaq məsafə gedib-gəlməli olub. Heyran avtobusla 1 saat yol getdiyini söyləyir. 

“İllərdir 130 manat maaş alıram, üç uşaqla o məktəbə gedib-gəlmək elə maaşı yola xərcləmək deməkdir. Əlavə olaraq, qəsəbənin qadınları ilə günü 10 manata fəhləlik də etmişəm ki, evimizdə çörək olsun. Çətin günlər çox olub”.

“Dəfələrlə huşsuz vəziyyətdə xəstəxanada sistem altında ayılmışıq”

“Uşağımdan birində nitq problemi var idi. Onun müalicə xərclərini qarşılamağa, evi dolandırmağa pul çatmırdı. Buna görə  müəllimlik, fəhləliklə yanaşı, evdə nəsə bişirib, satmağa çalışırdım. Bəzən evdə çörək belə olmurdu. Acından huşumuzu itirdiyimiz çox olub”. 

“O kurs həyatımı dəyişdi” 

Bir gün müəllim yoldaşı ona Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) qadınlar üçün şirniyyat kursu təşkil etdiyini, gələcəkdə yaxşı işlər vəd etdiklərini deyib. Heyran kursa müraciət qərarına gəlib. Deməsinə görə, kursdan məzun olanda təşkilatın əməkdaşı onun yaxşı potensialı olduğunu və qabağa getmək imkanı olduğunu söyləyib. 

“Eşitdim başqa qəsəbədə qadın qrupu yaranıb, dedim, bizdə niyə olmasın?

Heyran ona kursu məsləhət görə müəllim yoldaşından kursa qatılan başqa qəsəbə qadınlarının qrupunun yarandığını və qadınların birgə əməkdaşlıq etdiklərini deyib. Elə bu ərəfədə Alman Əməkdaşlıq Fondundan ona zəng ediblər. Soruşublar ki, siz də belə qrup yaratmaq istərdinizmi? Heyran təklifi dərhal qəbul edib. 

“Onları inandırdım ki, biz birləşsək, daha yaxşı işlər görəcəyik”

Bundan sonra Heyranın qarşısındakı əsas iş qəsəbə qadınları üçün qrup yaratmaq və onları bir araya toplamaq, işləməyə inandırmaq olub:

“İlk başda anam və qaynanam mənə dəstək oldu. Anam restoranda işləyir, o bilinçik bişirərək kömək edə biləcəyini dedi. Qaynanamın tikiş qabiliyyəti var. O da bu cür kömək etdi. Yataq dəstləri, pərdə tikirdik, satırdıq. Sonra blinçik bişirib mağazalara verirdik. Zamanla toy, nişan mərasimləri üçün də sifarişlər almağa başlamışdıq. Ümumiyyətlə, anam və qaynanam mənə həmişə dəstək olub. Anamın dəstəyi həyatımda əvəzsizdir. Onun sayəsində oxumağa, işləməyə güc tapdım, cəsarətləndim. Yoldaşım hansısa tədbirə, təlimə qoymayanda da qaynanam məni götürüb, o tədbirə aparıb”. 

Heyran deyir ki, sonradan onunla işləyən qadınların çoxu ilə birgə işə, pambıq yığmağa, alaq etməyə, kök çıxarmağa gedib. Çoxu bundan fərqli iş görə bilməyəcəyinə inansa da, Heyran onlara bacarıqlarından bəhs edib. Hazırda onlar – 18 qadın birləşib işləyirik: 

“Şirniyyatçı, salon işçisi, dərzi, arıçı qadınlarımız var. Həmçinin, sonra qərara gəldik ki, öz hesablarımıza yer kirayə götürüb pambıq, soğan əkib-becərək və qazanc əldə edək”.

Heyran təəssüf edir ki, onların öz məhsullarını hazırlamaları, saxlamaları və fəaliyyət göstərmələri üçün resursları, məkan və avadanlıqları yoxdur. Hələ ki, hər şeyi ev şəraitində, kustar üsulla edirlər. Hazırda ən böyük ehtiyacları rahat fəaliyyət göstərə biləcəkləri emalatxana, salon, soyuducu və soba ilə təmin olunmuş yaxşı mətbəxdir:“Ümidliyik, bir-birimizi motivasiya edirik”.

Üstəlik, işin ən yaxşı tərəfi Heyranın anası və qayınanasının da işləməyə ən azı onun qədər həvəsli və istəkli olmalarıdır. 

“Həftəlik iclaslarımız olur və hər şeyi demokratik şəkildə müzakirə edirik”

Qadınlar planları ilə bağlı şeyləri, üzləşdikləri çətinlikləri və onları aradan qaldırmaq üçün yolları həftəlik iclaslarında müzakirə edirlər və özlərinə yol xəritəsi müəyyənləşdirirlər.

Heyran bu qrupu (Şahbulaq Qadın Qrupu) yaratdıqdan sonra müxtəlif sosial təlim və tədbirlərə qatılıb, əlaqələrini gücləndirməyə çalışıb. Eyni zamanda, qrup qadınlarını da tədbirlərə qatılmağa təşviq edib. Onlar bir tədbirdə birinci olduqları üçün restoranlardan biri ilə iki illik əməkdaşlıq haqqı qazanıblar: iki il boyunca restoranın ehtiyacı olan soğanı Heyrangil təmin edəcək. Bu, onların ilk uğurlarındandır. 

Gələcəklə bağlı planlar, arzular

Qadınların çoxlu arzuları, planları var. Onlar deyirlər ki, ailələrindən aldıqları dəstək sayəsində daha yaxşı işləyə bilirlər.

Heyran isə inanır ki, hər şey dəyişə, çətin günlər birdəfəlik geridə qala bilər. Uşaqlarına yaxşı təhsil verə və öz taleyinin çətin günlərinin onların da həyatına üz tutmasını əngəlləyə bilər. Həm də başqa qadınlara ümid olub onların da öz ayaqlarının üstündə durmasına, hər şeyə yenidən başlamağın mümkün ola biləcəyinə inandıra bilər…

Yazdı Nərmin Şahmarzadə

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Qızının yarımçıq qalan arzusunu reallaşdıran ana 

Onun adına yayın evi açıb, gələn gəliri isə leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə verir Qızının yayın evi açmaqla bağlı xəyalını gerçəkləşdirən Məlahət Həsənova həmin müəssisəyə elə onun adını verib – “Nərmin” yayın evi.  Məlahət Həsənova kitablara bağlı, öz deyiminə görə, “kitabla nəfəs alan” qızı Nərminin vəfatından sonra yayın evi açmağa qərar verib. Çünki bu, qızının...

Mənim Yeni Tarix