Ailəsinin, cəmiyyətin qəbul etmədiyi – trans qadınlar

0

Patriarxat ölkədə qadın kimi yaşamaq çətindir. Öz dediklərinə görə trans qadın olaraq yaşamaq ondan da çətin və zülmlüdür. 

Deyirlər ki, cəmiyyətdə trans qadınlar cis hetero qadınlardan daha çox qısnamaya, bulinqə, ayrı-seçkiliyə və zorakılığa məruz qalır. 

“Döyülürük, transfobik təhqirlərə məruz qalırıq, bıçaqlanırıq, hətta işgəncəylə öldürülürük. Yandırılaraq öldürülən Nuray kimi…”.

“Səni pozanlar elə Bakıdakılardır, ora gedib daha da pozulacaqsan!”

Karmenin 20 yaşı var. O, uşaqlıqdan düşünüb ki, yad bədəndədir, lakin bunu valideynlərinə və yaxın dostlarına deyə bilməyib. Odur ki, valideynlərinə qız olduğunu demək üçün yetkinlik yaşına çatmağı gözləyib. Bu sirrin üstü isə təsadüfən açılıb. Anasının telefonundakı “Tik-Tok” tətbiqindən trans aktivistlərin video-paylaşımına rəy bildirib. Onun bu rəyini anası görüb. 

Deməsinə görə, bundan sonra onun üçün hər şey dəyişib. Ailəsi bu həqiqəti qəbul edə bilməyib, ona psixoloji zorakılıq göstərməyə başlayıblar. Təhsilini Bakıda davam etdirməyə icazə verməməklə təhdid ediblər. 

“Səni pozanlar elə Bakıdakılardır, ora gedib daha da pozulacaqsan!”, – deyiblər.

Hətta ixtisas seçimində ilk yerləri Bakıdakı universitetləri qeyd etməməyi tapşırıblar. Lakin o, hər zaman azadlığı Bakıda tapa biləcəyinə inanıb. Odur ki, seçimlərdə öz istədiyi yerləri işarələyib. 

Kaminq aut “Bu, normal haldır, xəstəlik deyil” 

Karmenin dediyinə görə onun trans qadın olması ilə bağlı etirafı Bakıdaykən olub.

“Özümlə qaldım və gender kimliyimi müəyyən etdim. Bundan sonra da travmatik psixoloji sarsıntılar yaşamağa davam etdim. Buna görə də valideynlərimə dedim ki, ya siz məni olduğum kimi qəbul edəcəksiniz, ya da mən əlaqəni kəsəcəyəm”. 

Bundan sonra Karmen ailəsindən, ailəsi isə ondan ötrü darıxmağa başlayıb. Sonra ailəsi onun həkim müayinəsindən keçməsini istəyib. Karmen həkimə veriləcək pulları onun dəyişimi üçün xərclənməsini istəsə də, bu istəyi qəbul edilməyib. 

Getdiyi psixoloq ailəsinə “bu normal haldır, xəstəlik deyil. İnsan özünü necə görürsə, deməli, elədir. Siz onu dəyişə bilməyəcəksiniz”, – desə də, Karmenin ailəsi bu gerçəyi qəbul edə bilməyib.

Qəbullanmaqda çətinlik 

Ailəsinin Karmeni qəbul etməməsi deadnaminglə (red: transseksual şəxsin səhv adla çağırılması. Bu, ailəsinin doğulanda verdiyi, artıq istifadə etmədiyi ad ola bilər) davam edib. Karmen ailəsindən ona Karmen adı ilə xitab etmələrini istəsə də, bu, müsbət qarşılanmayıb. Kiçik qardaşı Karmenin istəyini nəzərə alsa da, ailəsi Karmeni şəxsiyyət vəsiqəsindəki ad ilə çağırdıqları üçün qardaşı da təsir altına düşüb. Karmeni doğulanda ona verilən adla təkcə, ailəsi yox, universitetdəki müəllimləri, tələbə yoldaşları da çağırır. O dəfələrlə onlara belə etməmələrini desə də, istəyi geri çevrilib. “Sənədlərdə hansı addırsa, elə xitab edilməlidir”, – deyilib. 

Ayrı-seçkilik

Hər addımda ayrı-seçkiliyə məruz qalan digər trans qadınlar kimi Karmen də rəfiqəsi ilə birlikdə qaldığı yataqxanada haqsız müdaxilələrə, bulinqə, sataşmalara və təhqirlərə məruz qalıb. Odur ki, kirayə ev axtarışına çıxıb. Lakin ev sahibləri Karmenin trans qadın və tələbə olduğunu bildiklərində ona ev verməkdən imtina ediblər. İndi rəfiqəsi ilə birgə yaşadığı evi çox çətinliklə tapıb. 

“Ev sahibəmiz də trans qadındır. Ona pul, bizə isə ev lazım idi. Məncə, indiki evimiz bizim üçün təhlükəsizdir.”

Karmenin ev axtarışı müsbət nəticə ilə sonlansa da, işlə bağlı eyni sözü deyə bilmir. 

“İkinci kursdan etibarən iş axtarmağa başladım. CV hazırladım, müraciətlər etdim, lakin geri dönüş edilmədi. Niyəsi isə sual altındadır. Həmin vaxtlar genler kimliyimi gizlətmirdim. Buna görə olduğunu güman edirəm. Əslində isə müraciət etdiyim yerlərdən biri “queer friendly” hesab olunan “McDonalds” idi”. 

Karmen tərcüməçi, qeydiyyatçı kimi müxtəlif iş yerlərinə müraciət etsə də, nəticəsiz qalıb. Onun tələbi trans qadın olaraq “deadnaminq”, “bodyshaming” və bulinq edilməyəcəyi iş yeri tapmaqdır.

Gələcəklə bağlı arzu

Karmen hazırda universitet təhsilini davam etdirir. Deyir, gələcəkdə öz ixtisasında kariyera qurmaq istəyər.

“Seçdiyim ixtisası sevirəm. Bu ixtisasda oxuyan tələbələrin yarından çoxu bu sahəni istəyərək seçməyib. Müəllimlər də tez-tez ixtisası özümüzün seçib-seçməməmizlə bağlı suallar verir. Mənim cavabım həmişə “bəli” olur. Təbiətə, ətraf mühitə bağlı biriyəm. Odur ki, öz sahəmi davam etdirmək niyyətindəyəm. Gələcəkdə hansısa xarici ölkədə magistratura təhsili almaq istəyərəm. Sonra da yolum klimatoloq, meteroloq sahələrində alimlik dərəcəsi almağa qədər gedə bilər”. 

Yazdı və çəkdi Aynur Kazımova

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Qızının yarımçıq qalan arzusunu reallaşdıran ana 

Onun adına yayın evi açıb, gələn gəliri isə leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə verir Qızının yayın evi açmaqla bağlı xəyalını gerçəkləşdirən Məlahət Həsənova həmin müəssisəyə elə onun adını verib – “Nərmin” yayın evi.  Məlahət Həsənova kitablara bağlı, öz deyiminə görə, “kitabla nəfəs alan” qızı Nərminin vəfatından sonra yayın evi açmağa qərar verib. Çünki bu, qızının...

Mənim Yeni Tarix