2020-yə baxış

0

Qadınların 2020-ci ildə nail olduğu dəyişikliklər

Bu il yəqin ki, hamının yaddaşında özünəməxsus çətinlikləri ilə ən yaddaqalan il olacaq. 

2020-də qadınlar nələrə nail oldular?  Bu il də hər il olduğu kimi qadınlar, siyasi arenaya, elmə, idmana, sosial həyata və digər sahələrə də müsbət dəyişikliklər gətirmək üçün əllərindən gələni ediblər. 

Bu yazıda sizlərə bütün dünyaya etirazlarını eşitdirmiş, problemləri gündəmdə saxlamağı bacarmış və uğura nail olmuş qadınlar və mövzular haqqında qısa məlumat verəcəyik. 

Bu il Belarus qadınları bütün dünyaya nə qədər güclü olduqlarını nümayiş etdirdilər. Onlar Belarusda baş verən siyasi dalğanın mərkəzinə çevrildilər. Prezidentə qarşı kütləvi etiraz dalğasına rəhbərlik edən Svetlana Tixanovskaya, Mariya Kolesnikova və Veronika Tsepkalo oldu. Təzyiqlərə məruz qalaraq ölkədən məcburən çıxarılan Tixanovskaya, çox qısa müddət ərzində bir çox qərb ölkələrinin liderləri ilə  görüşlər keçirib və fəaliyyətini davam etdirməkdədir.

Polşada qadınlar öz reproduktiv haqlarını qorumağı bacardılar. Polşa hakimiyyəti abortu ciddi şəkildə məhdudlaşdıracaq qanundəyişikliyi etmək istərkən, ölkənin qadınları COVID-19 situasiyasına baxmayaraq, kütləvi şəkildə küçələrə axışıb etiraz etdilər. Qanun qəbul edilmədi.

foto Deutsche Welle

Pakistanda fəal qadınların etirazları nəticəsində zorlanma hallarına qarşı mübarizə aparacaq qanun qəbul edilib. Zorlanma hallarını araşdıracaq xüsusi məhkəmə instansiyaları yaradılacaq, qurbanların şəxsiyyətini açmaq qadağan ediləcək  və krizis mərkəzləri yaradılacaq. Bir neçə dəfə zorlanma cinayətini törədən cinayətkarlar isə kastrasiya ediləcək.  

Etirazlar pakistanlı qadının uşaqları qarşısında bir qrup tərəfindən zorlandıqdan sonra baş qaldırıb. Polis hadisədə qadını günahlandırıb. Verilən bəyanata görə, bu hadisə,  qadının avtomobili müşaiyətsiz idarə etdiyinə görə onun başına gəlib. Pakistan qadınlarını qəzəbləndirən bəyanat, kütləvi etirazlara gətirib çıxarıb və yeni qanun qəbul edilib.

FEMMEKAN olaraq, yeni 2021-ci ildə bütün oxucularımıza sağlıqlı qalmağı, yeni fürsətlər və bol-bol uğurlar diləyirik!

Mənim Yeni Tarix