1919-cu İldə Azərbaycan qadınlarının yeri

0

“Şərq qadını” Şəfiqə Əfəndizadə haqqında belə yazmışdı: “Şəfiqə xanım bütün Zaqafqaziyada ilk Azərbaycan dili müəlliməsi və bununla yanaşı ilk Azərbaycan qadın jurnalisti və yazıçısı olmuşdur” (1924-cü il, №1).

Şəfiqə Əfəndizadə “Milli bayram və qadınlarımız

“1919 tarixində mayıs 28-də Azərbaycan istiqlaliyyətinin səneyi dövriyyəsi münasibətilə milli bayram təşkil olunmuşdu. O günün şərəfindən, təsirindən hər kəs şən və məsrur idi. 

Məsrur idi, amma bu bayramın hər kəsdən artıq qadınlar tərəfindən fövqəladə bir ruh yüksəkliyilə qarşılandığını o günü küçələrə tökülən qadınların rəftarı sübuta kafidir, zənn edərəm.

Necə ki məbus Əsədulla Əhmədov cənabları Məclisi-Məbusanın o günə məxsus təntənəli iclasında çocuqları qucağında olan qadınların bugünki milli bayrama, bugünki sürur və şadimaniyə iştirak etməklərini tədadla: ittihadla qarşılanan Azərbaycan istiqlaliyyətinin əbədilik olmasına böyük ümidvar olduğunu səmimi olan nitqlərində irad buyurdular. 

İllərlə evindən dışarı çıxmayan, yanıbaşında bir-birindən kiçik çocuqlarını güc hal ilə saxlayan, ərkəkləri razı olub da kəndiləri dışarı çıxmağı sevməyən qadınlar, o günü sabah erkəndən çarşabını başına alıb ərkəki ilə evindən çıxan və milli bayramın kəndi iştirakilə müşərrəf olduğunu zənn edənlər axşama qədər deyil, ta gecə yarılarına qədər aclığa baxmayıb, yorğunluğa baxmayıb kəndisini o güruh içərisinə, o təntənə daxilinə atıb qalib bir dövlətin şanlı, müzəffər, qalib əsgəri kibi böyük sevinc və sürur ilə sokaklarda dolaşıyorlardı.

Məəttəəssüf bədbəxt qadınların bugünki birgünlük süruru və şadlığı da üzlərinə qapandı.

Ömrlərində bulvar tamaşası görmədikləri və bundan sonra da görməyi qeyri-qabil olan və ancaq bu günün şərəfinə gündüzü deyil, gecəsinə ərkəkindən bin dürlü vasitələr, rizalarla izn alan qadınlar axşam bulvar tamaşası, həm də böylə təntənəli, dəbdəbəli bulvar tamaşası üçün gündüzdən axşam görəcəyi ləzzətli seyrləri ürək çarpışıyla gözləyən qadınların üzünə bulvar qapısı da bağlandı.

Polis nəfərlərimizin qadınlar üzərinə olan qaba rəftarları Nikolay dövrünün qaradavoylarını xatirə gətiriyordu. Və hamanki qəlblərdən  silinməkdə olan xatirələrini bu sevimli gündə bu fərəhli qəlblərdə, bu çırpınan ürəklərdə rəkz ediyordu.

Ömründə ilk dəfə görəcəyi və bir daha görəcəyinə ümid edəmədiyi və ancaq bu günün şərəfinə nail olduğu bu kəraməti itirib, bu gün gördüyü təntənə, sürdüyü zövq və səfalar burnundan tökülə-tökülə güruh-güruh qadınlar məyusanə evlərinə övdətə məcbur oluyorlardı.

Azərbaycan istiqlaliyyətinin Azərbaycan vilayətində, Azərbaycan paytaxtında azərbaycanlılara mənsub olan bulvarın bilafərq millət və din hər kəs üçün güşadə olan qapısının Azərbaycan qadınlarının üzünə bağlanması, həm də gündüz-gecəsi ömründə bir saatlıq bulvarın havasından məhrum buraxılmaları həqiqətən insaf xaricində bir şeydir.

Bütün ömrünü bulvarda keçirən, gündüzü gecəsiylə bərabər bulvarın skamyaları üzərində buraxılan, yanlarını skamyalar ağardıb oyanına buyanına çevrilib də gecə yarılarına qədər bulvarda qalan ərkəklər o gecə kəndiləri çıxıb da o günün şərəfinə ehtiramən də olsa bir saatlığa yerlərini – skamyalarını ana-bacılarına tərk etsə idilər qiyamətmi qopardı?

Həmin polis məmurları sokak ortasında durub da qadınların yollarını gözləyib, qabaqlarına keçib evlərinə qaytarmaq vəzifəsi yerinə, həmin polis məmurları bulvarın qapılarında durub da qadınları bulvara buraxıb və kəndilərinə pasibanlıq eləyə idilər nə olardı?

O günün sabahısı bir kaç yerdən bəzisini az tanıdığım xanımlar tərəfindən telefona çağırıldım.

Yarım saat müddəti çəkən sözüşlü söhbətlərin həpsi qadınların bədbəxtliyinə dair idi. 

Ərkəklər tərəfindən təhqir edilən, heç məsabəsində hesab olunan, varlıqlarından iftixar deyil, qalə alınmayan qadınlarımız şikayətlərini bənə söylüyor və bəndən imdad tələb ediyor. Zavallı həmşirələrim düşünmüyorlar ki, bən də onlar kibi zavallı qadınların birisiyəm. Bənim onlara nə kibi yardımım ola bilir. İştə bir şey daha xatirimə gəldi ki, onu da söyləməkdən qalmıyacağım. Ərkəklərimiz kəndiləri millətimizin həşəmətli günü üçün hazırlıqlar görəndə bir parça nöqteyi-nəzərlərini də qadınlar tərəfinə fırlada idi və qadınlarımız da oraya toplaşa idilər. Məclisi-Məbusan binasının içi və dışarısı ərkəklərimiz üçün hazırlananda onun yanıbaşında olan realnı məktəbinin binası da xanımlarımız üçün təyin edilə idi də sokak ortasında toplanıb hökumətin istiqlalı üçün səninlə şadlıq edən, sənin kibi onun da milləti yolunda ürəyi çırpınan, sokak ortasında olunan zülmlər, edilən həqarətlərə baxmayıb saatlarla dəniz dalğası kibi dalğalanan qadınlar o gün o qədər zəhmət çəkməyə idilər.

O gün irad olunan nitqlərdə ancaq möhtərəm Məhəmməd Əmin əfəndi Rəsulzadə cənabları qadınların bugünki sürur və şadimaniyə daxil olduqlarını nəzərdən dur tutmamışlar ki, natiq əfəndi hərarətli nitqlərində qadınların da varlıqlarını tədadla qadınların da iştirak etməkdə olduqlarını bəyan buyurdular”.

“Azərbaycan”, 5 iyun 1919, №196

Mənbə Şəfiqə Əfəndizadə “Milli bayram və qadınlarımız

Azərbaycan kinosunda qadın obrazı

20 yaşlı Azərbaycan kinosunda qadın mövzusu az yer tutur, əksinə, kişi qəhrəmanlar, onların problemləri, dünyası, baxış bucaqları üstünlük təşkil edir. Qəhrəmanı qadın olan, onların problemlərini araşdıran filmlərin sayı məhduddur və qadınlar əksər hallarda ikinci dərəcəli obrazlarda təsvir olunurlar. Milli kinomuzda qabarıq olan bu amillər əslində cəmiyyətin qadına münasibətinin təsvirini verir. Azərbaycan kinosunda qadının necə təsvir...

Cəbhədə bir həftə

– Bombaları çəkməyə gəlmisiz? – Yox, kəndinizi, gözəl kəndiniz var. – Hə, babam deyir, “Şəkərbura” daha gözəldir” (Füzuli şəhərinin 2 kilometrliyində yerləşən Şəkərcik kəndini nəzərdə tutur). Ora gedəcəyik, oranı da gəlib çəkərsiz. Amma bilirsiz nə qədər bomba atırlar. İstəsəniz, mən sizin üçün sayaram, qorxmuram. 3 yaşım olanda (2016-cı ilin “Aprel döyüşləri”ni nəzərdə tutur) qorxmuşdum, həkimə...

Eyni İşi görən kişi və qadınların maaşı necə, eynidirmi?

“İstənilən mikroiqtisadi araşdırmalarda qadınların maaşının kişilərinkindən az olduğu görünür” Qadın və kişi maaşları arasındakı fərq (Gender Pay Gap) bərabərhüquqlu olmanın önəmini göstərən vacib şərtdir. Təhsili, iş yükü kişi ilə eyni, ancaq maaşı aşağı alan qadınlar var. Bu, daim müzakirə mövzusu olub. Ancaq bəzən insanlar bu fərqin olduğuna belə inanmır. “Dünyada qadınlar kişilərdən 20 faiz az...

2020-yə baxış

Qadınların 2020-ci ildə nail olduğu dəyişikliklər Bu il yəqin ki, hamının yaddaşında özünəməxsus çətinlikləri ilə ən yaddaqalan il olacaq.  2020-də qadınlar nələrə nail oldular?  Bu il də hər il olduğu kimi qadınlar, siyasi arenaya, elmə, idmana, sosial həyata və digər sahələrə də müsbət dəyişikliklər gətirmək üçün əllərindən gələni ediblər.  Bu yazıda sizlərə bütün dünyaya etirazlarını...

İslam və feminizm: Azərbaycan cəmiyyətinə baxış

Gender bərabərliyi, feminizm, İslam feminizmi və digər  hərəkatlar ölkələrin tarixi keçmişinə və unikallığına bağlı anlayışlardır. Azərbaycanın isə bu baxımdan Şərq və Qərb dəyərlərini birləşdirən tarixçəsi var. Ölkənin Xristian keçmişi və Xristian ölkələri ilə qonşu olması onun İslam anlayışını fərqli şəkildə formalaşdırıb. Məsələn, müsəlmanların çoxluq təşkil etdiyi digər ölkələrə baxanda Azərbaycan qadını daha çox Qərb dəyərlərini...

Androsentrizm və ya kişi nəzərindən dünya

Gender stereotipləri günü-gündən dünyaya əks təsirlərini göstərir. Eyni zamanda, patriarxal cəmiyyət öz rollarını unutmadan qadınları ikinciləşdirməkdə davam edir. Bu situasiyaya elmi dildə “androsentrizm” deyilir.  Feminizmdə əsas anlayışlardan biri olan bu sözə ədəbiyyatda tez-tez rast gəlmək olur. Onun təsvir etdiyi reallıq seksizmə zəmin olan anlayışlara bərabərdir. Cəmiyyətdə qadınları ikinciləşdirən, kişini isə mərkəzləşdirən şüuraltı fikirləri fəlsəfənin özü...

Kişilər qadınlarla həmrəy olmaq üçün nə edə bilər?

“Qadınlar özlərini həyat yoldaşı və ana kimi görməyi dayandırmalıdır” Stokholm Universitetinin təşkilat işləri üzrə dosenti Carl Cederstrom 2018-ci ildə “Guardian”da yayımlanan məqaləsində qadınların cinsi istismarından, kişilərin qadınlarla həmrəylik göstərmək üçün nələr edə biləcəyindən yazıb.  Carl Cederstrom məqalədə “MeToo” (MənDə) Hərəkatı və Harvey Weinsteindən də bəhs edib.  “MeToo” həştəqindən ilk dəfə 2006-cı ilin əvvəllərində amerikalı ictimai...

8 Mart tarixi və yaşadığımız reallıq

8 Mart haqqında danışmaq üçün spesifik olmağa ehtiyac var. Növbəti podkastımızın mövzusu 8 Mart olsa da, toxunacağımız məqamlar bir qədər fərqlidir. Bunlar arasında reklamlar, media və günün əsl məğzi və mənası yer alır.  Hər şey necə başladı? Bu gün haqqında danışmalı olsaq, əvvəlcə, bundan başlamalıyıq ki, 8 Mart nəyə görə 8 Martdır və necə oldu...

“Birşey-mirşey var?”

Altı il əvvəl Şahnaz Əhmədova nikaha girəndə dərhal uşaq mövzusu gündəmə gəlir. 29 yaşlı Şahnaz və əri Hüseyn hələ valideyn olmaq istəmirdilər – həm gənc idilər, həm də dünyaya yeni bir həyat gətirməyə hazır olduqlarını hiss etmirdilər. Bir-biriylə vaxt keçirməyə üstünlük verən iki nəfərlik ailəni yaxınlarından heç kim başa düşə bilmirdi. “İlk bir il hamı...

Mənim Yeni Tarix